227 uşaq cəsədi aşkarlandı - Alimlərdən ŞOK TAPINTI / Foto

 22:39 28.08.2019     928

Perunun paytaxtı Limanın şimalında arxeoloji qazıntılar zamanı 227 uşaq cəsədi aşkarlanıb.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Arxeoloqlar cəsədlərin hansı dövrə aid olduğunu araşdırır. 

Məlumata görə, qədim Çima mədəniyyətində azyaşlı uşaqları tanrılara qurban veriblər. Tapılan qalıqların həmin dövrə aid olduğu istisna edilmir.

Rüfət Xəlil / Redaktor.az