Alimlərdən TARİXİ TAPINTI - 3,8 milyon il yaşı olan insan kəlləsi aşkarlandı

 03:19 30.08.2019     786

Efiopiyada qazıntı işləri aparan arxeoloqlar tarixi sayıla biləcək tapıntı ilə gündəmə gəliblər.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, bu barədə "Nature" nəşri məlumat verir.

Uzun müddətli axtarışların sonunda alimlər düzənlik ərazidə insan kəllə sümüyü aşkarlayıblar.  Tapılan sümük Klivlend muzeyinə göndərilib. Muzeydə sümük üzərində araşdırma aparan paleantoloqlar, onun 3,8 milyon il əvvəl yaşamış Australopithecus anamensis növünə aid olduğu qənaətinə gəliblər.

Alimlər yeni tapıntının insan təkamülündə yeni eranın başlayacağını bəyan ediblər.

Rüfət Xəlil / Redaktor.az