Böyük ayaqqabı ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşdü

 20:59 31.08.2019     776

Almaniyanın Berlin şəhər sakini 16 yaşlı Lars Mots “Ginnesin rekordlar kitabı”na düşüb.

Redaktor.az-ın “Radiowestfalica”ya istinadən məlumatına görə, buna səbəb onun böyük ayaqqabı ölçüsü (57) olub.

Gəncin sol ayağı 35,05 sm-ə qədər, sağ ayağı isə 34,98 sm-ə qədər böyüyüb.  

Mots yalnız sifarişlə tikilən ayaqqabılar geyinir. Belə ki, mağazalarda onun ayağına uyğun gələn ölçüdə ayaqqabı yoxdur.

Oğlan öz rekordu ilə fəxr etdiyini etiraf edib. Motsun sözlərinə görə, bir dəfə hava limanı mühafizəçiləri onu ayaqqabılarını soyunmağa məcbur edib. Onlar gəncin ayaqqabılarında qeyri-qanuni nəsə keçirməyindən şübhələnib.(qafqazinfo)