Rihannadan bürclərə görə dodaq boyası seçimi - FOTO

 07:16 01.09.2019     856

"Fenty" kosmetika markasının sahibi Rihanna bürclərə görə qadınlara yaraşan dodaq boyalarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, yaradıcılıqla yanaşı bizneslə də məşğul olan ulduz hər bürcün xarakteristikasına uyğun rəngləri şəxsən özü tərtib edib və onları belə sadalayıb:

Qoç - Alqırmızı

Özünə inamlı, dürüst və lider Qoçlar üçün alqırmızı ideal seçim olacaq.

Buğa - Tünd yaşıl

Dərrakəli və güclü Buğalar çox sabit şəxsiyyətə malikdir, odur ki, bu isti və ədviyyatlı yaşıl kölgə onlara çox yaraşır.

Əkizlər - Bənövşəyi

Bənövşəyinin bu çaları Sosial və bacarıqlı Əkizlər üçün ən uğurlu çalardır.

Xərçəng - Tünd Qəhvəyi

Qırmızıya oxşar tünd qəhvəyini əhvalı daim dəyişkən Xərçəng bürclərindən savayı heç kim daha yaxşı daşıya bilməz.

Şir - Narıncı

Cəsarətli və sözü açıq Şirlərə aid olan heç nə darıxdırıcı ola bilməz. Odur ki, parlaq narıncı təsadüfi seçilməyib.

Qız - Açıq çəhrayı

Həmişə hər şeylə maraqlanan və etibarlı Qızlar üçün çəhrayının bu universal çaları çox uyğundur.

Tərəzi - Açıq qəhvəyi

Təmkinli və çəkici Tərəzilər o qədər əsrarəngizdirlər ki, bu dodaq boyasının sayəsində subay, yoxsa evli olduğunuz çoxlarını maraqlandıracaq.

Əqrəb - Tünd Bənövşəyi

Cəsarətli və sərt Əqrəblər parlaq individuallığı sayəsində şöhrət qazanır. Odur ki, tünd bənövşəyi onlara çox yaraşacaq.

Oxatan - Qarpız çəhrayısı

İşığı heç zaman sönməyən enerji dolu Oxatan qızları üçün ən ideal rəng qarpız çəhrayısıdır.

Oğlaq - Diqqətçəkən qəhvəyi

Rihanna çalışqan və iddialı Oğlaqlar üçün qəhvəyinin parlaq çalarını seçib.

Dolça - Tünd göy

Yenilikçi və müstəqil olmağı sevən Dolçalar eksperimentlər keçirməyi xoşlayır. Odur ki, eynilikdən darıxan Dolçalar üçün tünd göy əla variant olacaq.

Balıq - Əlvan çəhrayı

Əlvan çəhrayı yaradıcı balıqların cazibəsini ön plana çıxacaq. (publika.az)