“Twitter”in işində problem yaranıb

 13:49 01.09.2019     1116

“Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

Bu barədə şəbəkələrin işini izləyən “Downdetector” saytı məlumat yayıb.

Bildirilir ki, sosial şəbəkənin işində problemlər şənbə günü, avqustun 31-də başlayıb və bir sıra ölkələrdə hələ də müşahidə edilir.

Problemlərdən daha çox Yaponiya, ABŞ, Böyük Britaniya, İspaniya və Fransa sakinləri şikayətləniblər.

İstifadəçilərin 45%-i “Twitter”in işindəki problemlər barədə məlumat verib. Onlar həmçinin “iPhone” və “iPad” (31%), eləcə də “Android” (24%) üçün mobil tətbiqlərin də işində nasazlıqdan şikayət ediblər.