100 milyon abunəçi: populyar blogerin YouTube kanalı yeni rekord vurdu - VİDEO

 18:22 01.09.2019     1482

Məşhur bloger Çelberq PewDiePie-nin YouTube kanalı 100 milyon abunəçiyə sahib olub.

Redaktor.az ted.az-a istinadən bildirir ki, hindistanlı səsyazma şirkəti T-Series və PewDiePie YouTube platformasında birincilik qazanmaq üçün mübarizə aparırlar.

Sözügedən rəqabət  2018-ci ilin oktyabrında "PewDiePie-ə abunə olun" (Subscribe to PewDiePie) adlı flaş-mobundan sonra başladı.

PewDiePie-ın kanalı YouTube-da 29 aprel 2010-cu ildə qeydiyyatdan keçib. Doqquz il ərzində onun videoları ümumilikdə 23 milyard baxış sayı toplayıb. Hazırda Çelberqin 100 072 683 abunəçisi var.

Səsi ilə müşayiət olunan müxtəlif video oyunlarını necə keçdiyini göstərən Çelberq həftədə bir dəfə bir-birindən fərqli şəhərlərin haqqında video bloqlarını da kanalında yerləşdirir.