İnsanı siluetinə görə tanıyan yeni texnoloqiya

 19:18 01.09.2019     3113

Rusiyanın Ntechlab şirkəti insanı siluetinə görə tanıyan kamera izləyici texnologiyası hazırlayıb. Şirkət rəhbəri Aleksandr Minin, insanın siluetinin onun üzü kimi özünəməxsus olduğunu bildirərək, onun hansı hallarda istifadə olunması haqda danışmışdır.

Redaktor.az deyerler.org-a istinadən bildirir ki, bu haqda Aleksandr Minin bildirmişdir: "Şəhərin mərkəzində velosiped oğurlanarsa və kameralar aralı olduğundan oğrunun üzünü görsənməsə də onun siluetini qeyd etmək mümkündür. Beləliklə onun hansı istiqamətə getməsini və qarşıda olan kameralar tərəfindən üzünün tanınmasına nail olmaq olar".

İki aydan sonra məhsulun sınaq prosesi başlayacaq. Məhsulun tam olaraq istifadəsi ilin axırında nəzərdə tutulub. Əsas çətinlik şəhərdə olan müşahidə kameralarının texniki xüsusiyyətləridir. Mövcud kameraların bəziləri ağ-qara, bəziləri rəngli, bəzliləri isə fərqli istiqamətləri müşahidə edir. Yeni texnologiyanın əsas işi, kameraların eyni adamı qeyd etməsini təyin etməsindən ibarətdir.