Qətərdə asfaltı niyə mavi rənglə rəngləyirlər? - FOTO

 06:17 03.09.2019     763

Qətərin paytaxtı Dohada asfaltı mavi rənglə rəngləyərək təcrübə aparıblar.

Redaktor.az bildirir ki, bunun bir neçə səbəbi var.

Qətər isti ölkə olduğundan burada asfalt günəş şüaları altında çox qızaraq, orta hesabla 20-25 dərəcəyə çatır. Qızmış asfalt örtüyü isə keyfiyyətini itirərək avtomobillər üçün də təhlükəli ola bilər.

Hələlik sınaq məqsədilə həyata keçirilən layihənin müəllifi mühəndis Saad əl-Doseridir.

Müəyyən nəticələr əldə edildikdən sonra bu texnologiyanı ölkədə tətbiq etmək planlaşdırılır. /azərtac/