Dünyanın ƏN SÜRƏTLİ avtomobili BƏLLİ OLDU

 15:34 03.09.2019     1054

İdman maşını istehsal etməklə məşhurlaşan “Bugatti” yeni göstəriciyə imza atıb.

Redaktor.az-ın məlumatına görə, markanın “Chiron” modeli Almaniyada keçirilən sürət testlərində 490,48 km/saat sürətlik nəticə ilə dünya rekorduna sahib çıxıb. Avtomobilin sürücüsü keçmiş formula-1 pilotu Endi Uols olub.

Almaniyanın “Ehra-Lessien” adlı yarış məkanın aparılan sınaqdan sonra “Bugatti” dünyanın ən sürətli avtomobil markası ünvanına sahib çıxıb.

İlkin Sultanlı / REDAKTOR.AZ