Güllələrlə zarafat edən HƏRBÇİLƏR: Onlar haqqında İNANILMAZ HƏQİQƏTLƏR... - VİDEO

 16:12 04.09.2019     4193

“Bordo Bereliler” Türkiyənin göz bəbəyi sayılır”.

Redaktor.az xəbər verir ki, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov dünyada ən yenilməz döyüş qruplarından sayılan hərbçilər haqqında bir sıra inanılmaz həqiqətləri qeyd edib.

Politoloq hesab edir ki, Azərbaycan müharibə şəraitindədir və hər zaman savaşa hazır olmalıdır:

“Bizim orduda da döyüş ruhu məhz “Bordo bereli”lərdə olduğu kimi olmalıdır. Bu hərbçilər ən çətin hərbi əməliyyatlara rahatca girib, uğurla çıxa bilirlər. “Bordo Bereliler” ən yüksək dövlət məmurlarının mühafizəsini də icra edirlər. Onlar suda, quruda, şəhərdə və kənddə, istənilən şəraitdə hərbi əməliyyat keçirə bilmək qabiliyyətinə sahibdirlər. “Bordo Bereliler” dünyanın ən güclü hərbçiləri sırasındadır. 2004-cü ildə Almaniyada keçirilən hərbi yarışlarda xüsusi təyinatlılar arasında dünya birincisi seçilmişdilər. Ölkədaxili və ölkəxarici əməliyyatlar üçün təlim keçən hərbçilər 3 hissədən ibarət 47 cür fərqli dərslər keçirlər. Bu hərbçilərin tam olaraq “Bordo Bereli” adını alması üçün onlara 3 il 6 ay təlim keçilməlidir. “Bordo berelilər” birbaşa Türkiyə Silahlı Qüvvələri Baş qərargah rəisinə tabe olurlar. Başqa heç kimdən əmr almırlar. Onlar mövcud olan hər silahdan istifadə edə bilirlər”.

Z. Məmmədov vurğulayıb ki, “ölüm maşını” adlandırılan bu əsgərlər, heç bir zaman emosionallığa yol vermir:

“Komandirlərinin əmrini 2-ci dəfə təkrarlatmırlar. Hətta komandirləri “məni vur” desə belə, sorğusuz-sualsız onu vura bilərlər. “Bordo Bereliler” dünyada yeganə hərbçilərdir ki, təlim zamanı bir-birilərinin başına hədəf nişanları qoyub güllə ilə atəş açırlar. Onlar bunu “Güvən Atışı Təlimi” adlandırır. Yəni hərbçilər bir-birilərinə həyatlarını etibar edirlər. Bu təlim hər gün təkrarlanır. Kimisi üçün bu inandırıcı gəlməsə də, onlar üçün bu, sadə bir işdir. Güllələrlə zarafat edən bu igidlərin olduqca çətin və ağır döyüş təlimləri var”.

Politoloq qeyd edib ki, onlar dondurucu soyuqda və yüksək dərəcədə isti hava şəraitində xidmət edə bilir:

“Əlləri, qolları bağlı şəkildə dənizə atılsalar belə, sağ qalmağı bacarırlar. Paraşütdən tullanma, qurbağa yemək və balıq kimi uzun müddət suyun altında qala bilmək üçün təlim alırlar. Xəritəni əzbərə öyrənirlər və bütün coğrafi kodları bilirlər. Onlar düşmənin qurduğu ən çətin tələlərdən belə qurtula bilirlər. Psixoloji savaş aparmaq və işgəncələrə dayanma gücünə malikdirlər”.

Politoloq “Bordo Bereli”lərin bir çox xarici dil öyrənmələrinə də diqqət çəkib:

“Bu hərbçilərin hər biri ən azı 2 xarici dil bilir. “Bordo Bereli”lərə aid daha bir maraqlı detal isə, onları heç kimin seçməməsidir. Yəni onlar “Bordo Bereli” olmaq üçün könüllü şəkildə müraciət etməlidir. Onların boyu 1.64sm– 2.10 sm arasında dəyişir. Türkiyənin “Bordo Berelilər” kimi daha iki belə güclü silahlı komandosu var. SAS və SAT adı verilən bu qruplar da “Bordo Bereli”lər kimi ağır təlimlərdən keçirlər. SAS “Sualtı hücum” Sat isə “Sualtı müdafiə” deməkdir. “Bordo Bereli”lər daha çox PKK terror təşkilatına qan uddurmaları ilə məşhurdur. Fərqli aralıqlarla keçirilən xüsusi təyinatıların hücum və müdafiə yarışlarında “Amor” və “Delta Force” kimi güclü silahlı qüvvələrə dəfələrlə qalib gəliblər. Hətta ümumi olaraq keçirilən bütün yarışlardan cəmi 2 dəfə məğlubiyyətlə qayıdıblar. Adi türk əsgərinin PKK terror təşkilatı ilə girdiyi silahlı insident 3 saat çəkirsə, “Bordo Bereli”lər bu atışmanı 20 dəqiqəyə bitirirlər. Həm də terrorçuların hamısını öldürürlər”.

Firuzə Vahid / REDAKTOR.AZ