ABŞ-ın Miçiqan ştatında elektron siqaretlər QADAĞAN OLUNDU

 23:22 04.09.2019     659

ABŞ-ın Miçiqan ştatı ölkədə elektron siqareti qadağan edən ilk region olub.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, bu barədə ştatın rəhbərliyi məlumat verib.

Məlumata görə, qubernator Qrethen Uitmer azyaşlıları elektron siqaretlərdən qorumaq üçün bu addımı atıb.

Qeyd edək ki, daha əvvəl ştatın baş həkimi Coney Koldun azyaşlılar arasında elektron siqaret asıllığının kütləvi hal aldığını bəyan etmişdi

Rüfət Xəlil / Redaktor.az