Yaşamaq üçün ən gözəl şəhərlər seçildi - SİYAHI

 01:16 05.09.2019     771

Dünyada yaşamaq üçün ən gözəl şəhərlərin reytinqi tərtib edilib.

Redaktor.z Lenta.ru-ya istinadən xəbər verir ki, siyahını The Economist Intelligence Unit təşkilatı hazırlayıb.

Siyahıya ötən il olduğu kimi, bu ildə Avstriyanın paytaxtı Vyana başçılıq edir. İkinci və üçüncü pillədə Avstraliyanın Melburn və Sidney şəhərləri yer alıb.

Sonrakı yerləri Osaka (Yaponiya), Toronto,Kalqari,Vankuver(Kanada), Kopenhagen(Danimarka) və Adelaida(Avstraliya) tutub.

Yaşamaq üçün ən pis şəhərlər isə Dəməşq(Suriya), Laqos(Nigeriya) və Dəkkə(Banqladeş) seçilib.

Rüfət Xəlil / Redaktor.az