Avropanın ən çox spirtli içki içən xalqı məlum oldu - Siyahı

 20:53 05.09.2019     845

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada ən çox spirtli içki qəbul edən ölkələrin reytinq cədvəlini hazırlayıb.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, reytinq siyahısı təşkilatın rəsmi saytında yerləşdirilib.

Məlumata görə, reytinq cədvəlinə Litva başçılıq edir. Baltikyanı ölkədə adambaşına ildə 15 litr təmiz spirt düşür.

İkinci yerdə Çexiya qərarlaşıb. Üçüncülük Almaniyaya nəsib olub.

Rüfət Xəlil / Redaktor.az