386 kiloqram ilan müsadirə edildi - Çində qəribə OLAY

 01:16 07.09.2019     729

Çin gömrükçüləri ölkədən qanunsuz yolla çıxarılan 386 kiloqram qurudulmuş ilanı müsadirə edib.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, hadisə Quançjou şəhərində baş verib.

Müsadirə edilən ilanların əksəriyyəti irigöz poloz və hind kobrası növü olub. 

Qeyd edək ki, adıçəkilən növlər beynəlxalq ticarət konvensiyasına əsasən mühafizə olunur.

Rüfət Xəlil / Redaktor.az