Spirtli içkilərin ən baha satıldığı ölkələr müəyyənləşdi - SİYAHI

 02:19 07.09.2019     843

Avropa statistika agentliyi ən baha və ən ucuz spirtli içkilərin satıldığı ölkələri müəyyən edib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, Avropada ən ucuz spirtli içkilər Rumıniya və Bolqarıstanda satılır.

Alkoqollu içkilərin ən baha satıldığı ölkə isə Finlandiyadır. Bu Skandinaviya ölkəsində xüsusilə çaxır və pivə qiymətləri çox bahadır. Finlandiyanı siyahıda İrlandiya, İsveç, Yunanıstan və Böyük Britaniya izləyir.

Məlumata görə, Çexiya, İspaniya, Litva, Polşa, Almaniya və Fransada spirtli içkilər orta bazar qiymətindən aşağı satılır.

Rüfət Xəlil / Redaktor.az