Səyahət üçün ən yaxşı ölkələr: Azərbaycan neçəncidir?

 21:29 07.09.2019     903

Səyahət etmək üçün dünyanın ən yaxşı ölkəsi açıqlanıb.

Redaktor.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun illik hesabatında qeyd edilib.

Hesabata əsasən, İspaniya səyahət etmək üçün ən yaxşı ölkədi. Avropa ölkəsi 5,4 bal toplayaraq 140 ölkənin yer aldığı siyahıda birinci yeri tutub.

İkinci pillədə Fransa qərarlaşıb. İlk "beşlik"də Almaniya, Yaponiya və ABŞ qərarlaşıb.

Azərbaycan reytinqdə 71-ci pillə tutub.