Ümidsizlik, xəyal qırıqlığı, qorxu – hamısı bu virusun təsirindəndir

 22:16 07.09.2019     1571

Günah odur ki, Allahın əmrinə itaət etməyib, Onun buyurduğunun əksinə əməl edəsən. Allaha itaətsizlik edən əməlləri yerinə yetirib, Onu qəzəbləndirəsən.

Günah - elə bir virusdur ki, insanın həm ruhunu və həm də batinini məhv edir və insanlıqdan çıxardır ki, bu da şeytanın (lən) ən böyük hədəfidir.

Redaktor.az deyerler.org-a istinadən bildirir ki, bəs günah insana hansı təsirləri qoyur?

1. Ümidsizlik, xəyal qırıqlığı  və məyusluq. Ümid elə bir şeydir ki, insanı irəliyə doğru hərəkət etdirər və təkamül etməsi üçün zəminələr yaradar. Ancaq günahkar insan o zamana qədər ki, günahını təkrar edir - İlahi qürb məqamına çatmaqdan məyus olur.

2. Qorxu. Günahkar insan hər an ölməyindən qorxar və dəhşətə gələr. Çünki bilir ki, öləndən sonra artıq tövbə qapısı bağlanacaqdır. Allah onu bağışlamayacaq və heç kəs onun dadına çata bilməyəcəkdir.

3. Duası qəbul olmaz. Günah, insanın duasının yerinə yetməsinə bir neçə yolla mane olur. O cümlədən: insanı dua tövfiqindən məhrum edir, mənəviyyatı aradan aparır, ümidi aradan aparır, haqq sahibinin nifrininə məruz qalır, haqqun-nasa düçar olur, insan ağvalideyn olur...

4. Yaxşı insanların gözündən düşür. Günahkar insanı heç bir ləyaqət sahibi sevmir. Ona görə də onların xeyir-duasından məhrum qalır.

5. Quraqlıq. Günahın təsirlərindən biri də quraqlıq və qıtlıqdır. Bunun da səbəblərindan biri - zəkatı verməməkdədir.

6. Bəlanın nazil olması. Günah - özü bəladır. Bununla yanaşı, özü ilə çoxlu bəlalar gətirər ki, cəmiyyəti məhv etməyə də belə, qadirdir. O cümlədən: yetim malı yemək, müharibədən qaçmaq, məzluma yardım etməmək, əmr-be-məruf və nəhy-əz-munkəri tərk etmək...

7. Ömrü qısaldar. Saleh əməllər ömrü uzatdığı kimi, günahlar da əksinə - ömrü qısaldar və ani ölümə gətirib çıxardar.

8. Yoxsulluq. Günah - yoxsulluğa səbəb olan amillərdəndir. İstər maddi yoxsulluq olsun, istərsə də mənəvi.

9. Zalımın ona hakim olması. Zalımların insana hakim olmasının səbəblərindən biri də əmr-be-mərufu və nəhy-əz-munkəri tərk etməkdir.

Həmçinin İmama (ə) itaət etməmək, alimlərdən uzaq olmaqdadır.

Allah Təala bizləri bu bəlalardan hifz etsin!