Həbib Buzovanı geridə qoydu - Rusiyada ən populyar odur

 19:17 08.09.2019     1843

Dünya şöhrətli döyüş ustası Həbib Nurməhəmmədovun "Instagram" hesabı Rusiyada ən çox izlənilən və populyar səhifə olub.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, aparıcı və müğənni Olqa Buzovanın səhifəsi geriləyərək ikinci yerdə qərarlaşıb.

Nurməhəmmədovun Abu Dabidə amerikalı Dastin Puarye üzərində qazandığı qələbə dağıstanlı döyüşçüyə nəinki milyonlarla dollar, həm də "İnstagram" hesabına yüz minlərlə izləyici qazandırıb.

İndi Həbib sosial şəbəkədə ən populyar rusiyalıdır.

Onun sosial media hesabını hazırda 16,3 milyondan istifadəçi izləyir.