Əks istiqamətə axan çay görənləri heyrətə gətirir - MARAQLI

 06:21 13.09.2019     2894

Türkiyənin Samsun şəhərində olan "Tərsaxan çayı" digər çayların əksinə, şimala deyil, cənuba axaraq görənləri heyrətə gətirir.

Redaktor.az xəbər verir ki, Samsunun Ladik bölgəsində olan çay tərs istiqamətə axması ilə diqqətləri üzərinə çəkir. 100 kilometr uzunluğundakı çaya əks istiqamətə axdığı üçün "Tərsaxan" adı verilib.

Hər il insanlar çayı görmək üçün Samsuna gələrək bu qeyri-adi mənzərəni qeydə alır. Çaya ailəsi ilə gəzintiyə gələn Qorxmaz Öndər adlı bölgə sakini  "Qədim zamanlarda buranın insanları Tərsaxanın suyu ilə xalça və qab-qacaq yuyurdu. Uşaqları çaya girib üzürdülər. Ancaq indi bunların heç biri qalmadı. Boş vaxtım olanda ailəmlə gəlib çayın yanında dincəlib əyləncəli vaxt keçirirəm" deyib. / moderator.az