Məşhur rəssamın əsərinə xəsarət yetirildi - Rəsm sərgisində insident

 02:16 14.09.2019     700

Parisin məşhur rəsm sərgisində insident yaşanıb.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, hadisə Jorj Pompidu adına incəsənət mərkəzində baş verib.

Məlumata görə, adı açıqlanmayan orta yaşlı kişi sərgidə sərgilənən məşhur fransalı rəssam Daniel Byurenin rəsm əsərini bıçaqla kəsib. Hadisəni törədən şəxs polis tərəfindən həbs edilib. 

Yerli mənbələr naməlum şəxsin psixi cəhətdən sağlam olmadığını qeyd edir.

Rüfət Xəlil / Redaktor.az