Eltonun sportkarı satışa çıxarılıb - FOTOLAR

 00:00 15.09.2019     356

Böyük Britaniyada Elton Cona məxsus olmuş Ferrari 365 GTB/4 Daytona sportkarını hərraca çıxaracaqdırlar. Məşhur musiqiçi 1973-ci ildən 1975-ci ilə qədər italyan sportkarının sahiblik edib. 47-illik avtomobilin satışından yarım milyon dollar əldə etmək planlaşdırılır.

Redaktor.az autograph.az-a istinadən bildirir ki, hərrac evi avtomobillə birlikdə sifariş blankları, servis kitabçası və 82 min mil yürüyüşü təsdiq edən sertifikat da daxil olmaqla, sənədlər dəstini təqdim etməyə hazırdır. Oldtaymer zavod rəngindədir və əla vəziyyətdədir.  Yeganə yenilənmə avtomobilin salon tərtibatında baş verib.

Ferrari 365 GTB/4 Daytona modeli 353 at qüvvəli hasil edən 4,4-litrlik V12 mühərriki ilə təchiz edilib.Sportkar 100 km/saat həddini 5,1 saniyəyə toplayır və 280 km/saat maksimal sürət həddinə malikdir.

Hərrac 21 sentyabr tarixində Dallas Berstondakı Polo-klubda keçiriləcəkdir.  Mütəxəssislərin fikrincə italyan sportkarının satışından 425-475 min funt sterlinq arasında vəsait əldə etmək mümkündür.