İnstagram fenomeni tanınmış futbolçunun ona göndərdiyi mesajları PAYLAŞDI - FOTO

 15:54 15.09.2019     755

Türkiyədə açıq-saçıq fotoları ilə gündəmdən düşməyən İnstaqram fenomeni Beren Güney "Beşiktaş"ın yeni transferi olan misirli Mohammed Elneninin ona göndərdiyi mesajları ifşa edib.

Redaktor.az Ölkə.az-a istinadən xəbər verir ki, instaramda 93 min izləyicisi olan Beren Güney Elneninin ona göndərdiyi mesajları "Bu futbolçuların mənimlə dərdi nədir görəsən?" deyərək paylaşıb.

O, həmçinin, futbolçunun ona yazmasına "Türkiyəyə yeni gəldin, məni haradan tapdın?" yazaraq reaksiya verib.