Krediti ödəyə bilməyənlər üçün 9 vacib məsləhət - VİDEO

 17:28 16.09.2019     1579

Redaktor.az krediti ödəyə bilməyənlər üçün 9 vacib məsləhəti təqdim edir:

1. Əgər, ödəməli olduğunuz borc həddindən çoxdursa (məsələn, böyük həcmdə istehlak krediti, aylıq ödəməli olduğunuz kommunal xidmət haqları və s.) və sizin aylıq ödənişi tam şəkildə ödəməyə imkanınız çatmırsa sərbəst şəkildə öz bankınıza, idarə edici şirkətə, mobil operatorunuza müraciət edin. Öz vəziyyətinizi və probleminizi yazılı şəkildə izah etməyə çalışın. Borc məbləğinin yenidən bərpa edilməsi və ödənişlərin təxirə salınması barədə razılığa gəlməyə çalışın. Əgər siz əvvəldən çox yaxşı müştəri olmusunuzsa bu halda bank problemin həllində sizə güzəştə gedəcək. Başlıcası danışıqlar zamanı vəziyyəti gərginləşdirməməkdir. Əgər ilk başdan ödənişi dayandırıb, bundan sonra danışıqlara qoşulsanız çətin ki, sizə güzəştə getsinlər.

2. Kredit və ya hesab-fakturanın ödənilməsini dayandırmayın. Gəliriniz nəzərə çarpacaq dərəcədə azalsa belə, əgər borc sahibi ilə razılıq yaranmayıbsa ödəniş etməyə davam edin. Bu ödədiyiniz məbləğ aylıq ödəməli olduğunuz məbləğdən dəfələrlə az olsa belə, yenə də ödəniş edin. Bu halda sizin borc öhdəliklərindən yayınmaq istəmədiyiniz aydın olacaq və bu da bank, idarə edici şirkət və s. qarşısında güzəşt şanslarınızı artıracaq.

3. Kredit və ya taksit kartlarındakı, məsələn, elə birkartınızdakı pulu nağdlaşdırmağa tələsməyin. Çünki bu pulu kartdan çəkərkən siz avtomatik kredit götürmüş kimi olacaqsız. Bunun əvəzinə pulu kartdan nağdlaşdırmadan istədiyiniz məhsulları kartla alıb 3,6,9 aylıq taksitlərə bölə bilərsiniz. Bu halda siz faiz ödəməyəcəksiz, hətta əlavə olaraq bonuslar da qazanacaqsınız. Onusuz da nağdlaşdırdığınız pulu hansısa mağazada xərcləyəcəksiniz. Bu gün bir çox mağazalarda pos terminal var və bu sizə birbaşa kartla ödəniş etmək üçün imkan yaradır.

Daha ətraflı videoda:

Redaktor.az