"Modenalı aşiqlər"in SİRRİ BİLİNDİ - Əslində...

 03:20 17.09.2019     1433

Uzun müddətdir "Modenalı aşiqlər" kimi tanınan insan skeletləri ilə bağlı əsl həqiqət üzə çıxıb.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, hamının kişi və qadın bildiyi əl-ələ tutan skeletlər əslində iki kişiyə aiddir.

Arxeoloqlar 2009-cu ildə tapılan skeletlərin dişlərinin emalını araşdıraraq onların cinsini müəyyə edib.

4-6-cı əsrlərə aid olduğu deyilən skeletlərin müharibədə həlak olduğu qeyd olunur.

Arxeoloqlar skeletlərin müharibədə öldürülən iki qardaşa aid olduğunu ehtimal edirlər.

Rüfət Xəlil / Redaktor.az