Bu şəhərə köçənlərə aylıq 700 avro veriləcək - FOTOLAR

 19:57 18.09.2019     6817

İtaliyanın cənubunda yerləşən Molize əyalətinə köçənlərə aylıq 700 avro veriləcək.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, regiondakı demoqrafik vəziyyəti düzəltmək üçün Molize bələdiyyəsi bu qərarı verib.

Son illərdə Molizedən təxminən 10 min insan köçüb. Əyalətin hazırkı sakinlərinin böyük əksəriyyəti isə qocalardır. Böyük ərazisi olan Molizedə son məlumatlara görə, 305 min insan yaşayır.

Rüfət Xəlil /Redaktor.az

2