Ayıya hücum edən sərxoş gənc cərimələndi - Kanadada qəribə hadisə / Foto

 01:16 19.09.2019     5256

Kanadada yerli sakin ayıya hücum etdiyi üçün cərimələnib

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, qəribə hadisə Alberta vilayətinin Banf milli parkında qeydı alınıb. Saskaçevan sakini Devid Mitsuinq dostları ilə parkda gəzən zaman qrizli ayısına hücum çəkib. Sərxoş gəncin hücumundan qorxuya düşən ayı meşəlik əraziyə qaçıb. Qrizli ayılarının "Qırmızı kitaba"a düşməsi səbəbindən insidentin səbəbkarı məhkəməyə verilib.

Hakim qarşısına çıxan Devid Mitsuinqə 1000 Kanada dolları məbləğində cərimə kəsilib.

Rüfət Xəlil / Redaktor.az