ABŞ-dan dünyanı ŞOK SALAN AÇIQLAMA - İlk dəfə etiraf etdilər / VİDEO

 17:37 19.09.2019     10863

ABŞ-ın hərbi dəniz qüvvələri ilk dəfə internetdə yadplanetlilərə dair videoların həqiqət olduğunu açıqlayıb.

Redaktor.az-ın BBC-yə istinadən məlumatına görə, donanma sözçüsü Co Qardişer ictimaiyyətlə paylaşılan 3 video görüntünü şərh edərkən yadplanetlilərin olduğunu qəbul edib. Qeyd edək ki, həmin video görüntülərdən biri 2004, digər ikisi isə 2015-ci ildə lentə alınıb. Hərbi mahiyyət daşıdığı üçün videolar bir müddət gizli saxlanılıb. Kadrlarda naməlum obyektin kameraya düşdüyü, ardınca sürətlə ərazidən uzaqlaşdığı əksini tapır. Kadrlarda pilotların hadisəyə həyəcan içində reaksiya verdiyinə dair səs yazıları da var:

“Bu pilotsuz uçan aparatdır dostum. Aman Allah. Küləyə qarşı uçurlar. Buna bax”.

Qardişer CNN televiziyasına açıqlamasında bildirib ki, naməlum uçan obyektlər pilotların həyatı üçün təhlükə törədir. Onun sözlərinə görə, ictimaiyyətlə paylaşılan həmin videolar pilotların qarşılaşdığı oxşar halların çox kiçik hissəsidir. “İllərlə pilotlarımız müxtəlif səbəblərə görə üzləşdikləri bu cür hallarla bağlı hesabat vermirdi” - deyən amerikalı bildirib ki,  naməlum obyektlərin nə olduğunu müəyyən etməyin tək yolu pilotları üzləşdikləri bu cür hadisələr barədə məlumat verməyə təşviq etməkdir.

Anar Türkeş / Redaktor.az