Məşhur sosial şəbəkə ulduzu avtomobil qəzasında ÖLDÜ / Video

 19:54 19.09.2019     5393

Pakistanın paytaxtı İslamabadda dəhşətli yol qəzası baş verib.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin məşhur sosial şəbəkə ulduzu Daniyala Xan təsadüfən öz ölümünü lentə alıb.

İnstaqram və "TikTok" ulduzu Daniyala avtomobili ilə hərəkət edən zaman öz izləyiciləri üçün canlı yayım açıb. Telefonuna başı qarışan gənc yüksək sürətlə qarşısındakı yük maşınına çırpılıb. Hadisə nəticəsində avtomobildə olan 4 gənc həlak olub. 

Rüfət Xəlil/ Redaktor.az

2