Ekvador hökuməti marixuananın satışını leqallaşdırdı

 02:19 20.09.2019     2226

Ekvador Milli Assambleyası narkotik vasitələrin tibbi məqsədlər üçün satışına icazə verib.

Redaktor.az "Ria Novosti"-yə istinadən xəbər verir ki, bu qərar marixuanaya şamil edilib.

Qeyd edək ki, bu qərara qədər Ekvadorda narkotik vasitələrin satışına görə 3 ildən 5 ilə qədər həbs cəzası verilirdi.

Xatırladaq ki, Ekvadordan başqa Argentina, Çili, Kolumbiya, Meksika, Peru, Boliviya, Kosta-Rika hökumətləri də anoloji qərar verib.

Rüfət Xəlil / Redaktor.az