"Ben Laden"in oyuncağı SATIŞDA - FOTO

 03:16 24.09.2019     1803

Rusiyanın Stavropol şəhərində qəribə hadisə yaşanıb.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, şəhərdəki "Karapuz" adlı mağazada "Əl-Qaidə" terror qruplaşmasının keçmiş rəhbəri Usama Bin-Ladenin oyuncağı satışa çıxarılıb.

Məlumata görə, mağazaya gələn alıcılar məşhur terrorçunun oyuncağından narahatlıq keçirərək, polisə zəng ediblər. Etirazlardan sonra mağaza rəhbərliyi qəribə oyuncaqları satışdan çıxarıb.

Rüfət Xəlil / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən