Məşhur alimdən ŞOK İDDİA - 7,5 bal gücündə ZƏLZƏLƏ baş verə bilər

 21:53 24.09.2019     3639

Türkiyənin Mərmərə dənizi sahillərində baş verən 4,6 bal gücündə zəlzələnin ardından məşhur alim Bülent Özmen şok iddia ilə çıxış edib.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, Gazi Universitetinin Zəlzələ araşdırmaları mərkəzinin əməkdaşı Özmen son günlərdə Türkiyə ərazsində baş verən zəlzələləri xəbərdarlıq kimi qiymətləndirib. 

Özmən İstanbul, Tekirdağ və Mərmərə bölgəsində fay çatlarının fəallaşdığını qeyd edib. Ekspert yaxın aylarda 7,4-7,5 bal gücündə zəlzələ riskinin artdığını vurğulayıb.

Rüfət Xəlil / Redaktor.az