ŞOK HADİSƏ: Övladlığa götürülən 7 yaşlı qızın əslində 30 yaşı olduğu üzə çıxdı - FOTOLAR

 16:53 25.09.2019     3119

ABŞ-da olduqca qəribə hadisənin üstü açılıb.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, Kristina və Maykl cütlüyünün övladlığa götürdüyü 7 yaşlı Nataliya adlı qızın əslində 14 yaş böyük olduğu üzə çıxıb. Nataliya Ukraynada anadan olub və iki yaşında doğma ailəsi ilə birgə ABŞ-a köçüb. 2010-cu ildə isə övladlığa götürülüb. Məlumata görə, qız nadir xəstəlikdən əziyyət çəkdiyi üçün normal inkişaf etməyib.

İddia edilir ki, Nataliya yaşının çox olduğundan xəbərdar olsa da, sirri digərlərindən saxlaya bilib. Nataliyanın hərəkətlərindən şübhələnən ögey valideynlər, onu müayinələrdən keçirib. Həkimlər hazırda 16 yaşı olduğu iddia edilən qızın əslində 30 yaşı olduğunu sübut edib. Kristina və Maykl cütlüyünün iddiasına görə, Nataliyadan yaşı barədə soruşanda aqressivləşib və hətta onları öldürməyə cəhd edib. Tərəflərin münasibətləri ilə bağlı məhkəmə işi açılıb.

Hazırda ailə uşaqdan imtina edib. Lakin vaxtilə xəstə uşağa qayğı göstərmədiklərinə görə, ögey valideynlərə iş açılıb.

Anar Türkeş / Redaktor.az