Moskvanın ən yaşlı sakini müəyyən edilib - 119 yaş

 21:37 26.09.2019     893

Moskva şəhərinin ən yaşlı sakininin 119 yaşı tamam olub.

Redaktor.az-ın məlumatına görə, bu barədə Rusiya Pensiya Fondunun Moskva vilayəti üzrə bölməsi bildirib.

Məlumata əsasən, ən yaşlı sakin Marina Qustova 1900-cü ildə anadan olub.

Qeyd edək ki, dünyanın ən yaşlı sakini Yaponiyada yaşayan Kane Tanakadır. Bu ilin martında onun 116 yaşı tamam olub./trend/