200 milyon il yaşı olan yeni qitə KƏŞF EDİLDİ

 11:07 28.09.2019     549

Hollandiyanın Utrext universitetinin alimləri Avropanın cənubunda - Adriatik bölgəsində batmaqda olan yeni qitə kəşf ediblər.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, qitə 200 milyon il əvvəl Şimali Afrikadam qoparaq Avropanın cənubuna doğru hərəkət edib. Torpaq parçası Adriatik bölgəsində tapıldığı üçün ona “Böyük Adria” adı verilib.

Alimlərin sözlərinə görə, torpaq parçası tektonik proseslər nəticəsində yerin mantiya qatına qədər batsa, onun parçalarını müasir avadanlıqlar vasitəsiylə müşahidə etmək mümkündür. Qitənin müşahidə edilə bilən qalıqları İtaliyanın şimalındakı Turin şəhəri yaxınlığında yerin dərinliklərində yerləşir.

Anar Türkeş / Redaktor.az