Mənzillərin eyvanında siqaret çəkmək QADAĞAN EDİLDİ

 12:07 28.09.2019     686

Rusiya hökuməti mənzillərin eyvanlarında siqaret çəkməyə qadağa qoyub.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, qərar yanğın təhlükələrini azaltmaq üçün qəbul edilib. Sənəd eyvanlarda manqal yandırılmasını da qadağan edir. Qanunu pozanlar 3000 rubl cəzalandırılacaq.

Qeyd edək ki, qanun oktyabr ayının 1-də qüvvəyə minəcək.

Anar Türkeş / Redaktor.az