700 milyon il əvvəl Venera yaşamaq üçün ƏLVERİŞLİ OLUB

 13:37 28.09.2019     955

Venera planeti 700 milyon il əvvəl yaşamaq üçün əlverişli olub.

Redaktor.az xəbər verir ki, “Europlanet”  və ABŞ Astronomiya Birliyi alimlərinin birgə hesabatında belə deyilir. Məlumata görə, həmin dövrdə planetin səthində iqlim şərtləri canlı orqanizmlərin yaşaması üçün əlverişli olub.

Alimlər hesab edir ki, Venerada iqlimin sərt şəkildə dəyişməsinə və planetdə karbon qazının artmasına vulkanik proseslər səbəb ola bilər.

Anar Türkeş / Redaktor.az