İmişlidə inanılmaz hadisə - Göydə YAD CİSİM peyda oldu

 23:13 27.09.2019     1322

İmişli rayonunda səmada yanaraq irəliləyən göy cismi müşahidə edilib.

 Hadisə rayonun səmasında gecə saat 22:00 radələrində baş verib.

Belə ki, göy üzü anidən işıqlanıb və həmin zaman sürətlə və yanaraq irəliləyən göy cismi görünüb.

Analoji hadisə Sabirabad rayonunda da müşahidə edilib. Göy üzündə mövcud olan parıltının meteoroid olduğu ehtimal edilir. /report/