Özgələrinin instagramına baxmaq depressiya yaradır – Niyə o məndən maraqlı yaşayır?

 22:31 28.09.2019     555

ABŞ-ın Texas Universitetinin psixoloqlarının yeni elmi tədqiqatlarının nəticəsi social şəbəkələrin insan psixologiyasına təsiri barədə yeni rezonans yaradacaq faktları ortaya çıxarıb.

Redaktor.az medicina.az-a istinadən bildirir ki, komputer və telefonda özgələrinin profil və səhifələrini çevirib baxmaq insanın psixikasına mənfi təsir edir.
Təcrübədə 720 nəfər tələbədən sorğu keçirilib. Onlardan feysbuk, instaqram, tvitterdə nələrə baxmaları və nə hiss etmələri soruşulub.

Analizlər göstərib ki, passiv olaraq digərlərinin həyatını göstərən səhifələri sadəcə izləmək gənc insanları depressive fikirlərə salır, onlar həyatlarının mənasız keçdiyini, talenin onların üzünə gülmədiyini, çox şeylərdən məhrum olduqlarını düşünürlər.

Başqalarının həyatını öz həyatları, uğurları ilə müqayisə edib, onlar kimi ola bilmədikləri üçün gələcəkləri ilə bağlı qorxu, təşviş hissi yaradır, hardasa onlara uzaq, amma maraqlı həyatın olması fikri kök salır.

İnstaqramda bloger və digər aktiv şəxslərin bədən və üz cizgilərini filtrləyib effektlərlə yerləşdirməsi izləyicilərdə öz xarici görünüşlərindən narazılır, ikrah və başqaları məndən yaxşı, sağlam, qəşəngdir fikri yaradır.

Ona görə də fürsət tapan kimi digərlərinin instaqram sahifələrini izləməkdən çəkinməli, real həyatınızı daha aktiv keçirmək barədə düşünməlisiz.