ABŞ Rusiyaya sanksiyalarını genişləndirib

 22:21 30.09.2019     887

ABŞ hökuməti Rusiyaya qarşı sanksiyalarını genişləndirib.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, sanksiya 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın ehtimal edilən  müdaxiləsi ilə əlaqəlidir.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiya siyahısına İnternet Araşdırmaları Agentliyi ilə bağlı olduqları güman edilən iki nəfər şəxs, “Autolex Transport”, “Beratex Group” və “Linburg İndustries” şirkətləri salınıb.

Rüfət Xəlil / Redaktor.az