118 il əvvəl itkin düşmüş "KABUS GƏMİ" tapıldı

 20:54 30.09.2019     752

ABŞ-ın Minnesota ştatında Yuxarı göl ərazisində 118 il əvvəl itmiş gəmi tapılıb.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, 1901-ci ildən itkin sayılan "Xadson" adlı gəmi xilasedici dəstə tərəfindən 250 metr dərinlikdən aşkarlanıb

Məlumata görə, 118 il əvvəl 15 sentyabr tarixində gölün sahilində yerləşən Dulut limanından Aposl adalarına doğru səyahətə çıxan "Xadson" naməlum şəraitdə qasırğaya düşərək yoxa çıxıb.

Qeyd edək ki, "Xadson" gəmisinin itkin düşməsi bölgədə çoxsaylı əfsanələrə yol açıb. Bəzi qocaman sakinlər gəminin batmadığını və müəmmalı şəkildə Yuxarı göldə üzdüyünü bildirib.

Rüfət Xəlil / Redaktor.az