Ceff Bezos ən varlı amerikalı oldu - 114 milyard dollar

 19:56 01.10.2019     1028

Nüfuzlu "Forbes" jurnalı ən varlı amerikalıların reytinq siyahısını tərtib edib.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, "Amazon" şirkətini təsisçisi Ceff Bezos siyahıda birinci yerə layiq görülüb.

Bezosun varidatı 114 milyard dollar həcmində dəyərləndirilib. 

Qeyd edək ki, ötən il 55 yaşlı iş adamın varidatı 160 milyarda bərabər olub.

Rüfət Xəlil / Redaktor.az