Finişə birinci çatan idmançını ildırım vurub ÖLDÜRDÜ - Yarışda bədbəxt hadisə

 20:54 01.10.2019     1561

ABŞ-ın Kanzas ştatında marafon yarışı zamanı faciə yaşanıb.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, ştatın Elk-Siti şəhərində keçirilən qaçış üzrə marafon yarışı zamanı 33 yaşlı Tomas Stenlini ildırım vuraraq öldürüb.

Məlumata görə, Stenli 50 kilometrlik yarışın finişinə birinci çatan zaman ildırım idmançının üzərinə düşüb. 3 uşaq atası olan gənc idmançı xəstəxanaya çatdırılsa da dünyasını dəyişib.

Dünyasını dəyişən Stenlinin qələbə medalını həyat yoldaşı alıb.

Rüfət Xəlil / Redaktor.az