Dünyanın ƏN BÖYÜK buz parçası QOPDU - Hər an TƏHLÜKƏ törədə bilər/ Fotolar

 21:54 01.10.2019     1731

Şərqi Antraktidanın Eymeri şelfindən son 50 ilin ən nəhəng buz parçası qoparaq açıq okeanda hərəkətə keçib.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, nəhəng buz parçası ilə bağlı Skrippis okeanoqrafiya institutu xəbərdarlıq edib.

Məlumata görə, 315 milyard ton çəkisi, 200 metr hündürlüyü, 1600 kvadrat kilometr ərazisi olan nəhəng buz dağına D28 adı verilib.

Sankt-Peterburq şəhərinin ərazis böyüklüyündə olan buz dağının xüsusilə okeanlarda üzən gəmilərə təhlükə törədəcəyi qeyd olunur.

Alimlər D28 adlı buz parçasının daha hansı təhlükələr törədə biləcəyini araşdırır.

Rüfət Xəlil / Redaktor.az

 

222