Sirkdən qaçan timsahı maşın vurdu - Rusiyada kuryoz olay

 07:16 03.10.2019     3644

Moskva vilayətinin Puşkin rayonunda kuryoz hadisə baş verib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl sirkdən qaçmış timsahı maşın vurub.

Hadisə timsahın meşə zolağından Yaroslavl şossesinə çıxdığı ərəfədə qeydə alınıb. Avtomobil tərəfindən vurulan yırtıcı heyvanın quyruğu qopub.

Rüfət Xəlil / Redaktor.az