Əfsanəvi siyasətçinin KÜLÜ OĞURLANDI - Tarixi rəzalət

 19:54 03.10.2019     2207

Hindistanda tarixin ən utancverici oğurluq hadisəsi baş verib.

Redaktor.az "Moskovskiy Komsomolets"-ə istinadən xəbər verir ki, əfsanəvi siyasi lider Mahatma Qandinin qalıqları oğurlanıb.

Oğurluq hadisəsi Qandinin qalıqlarının qorunduğu xüsusi muzey-memorial kompleksində baş verib.

Məlumata görə, 1948-ci ildən Memorial kompleksində saxlanan qalıqlar naməlum şəraitdə oğurlanıb.

Qeyd edək ki, Mahatma Qandi öldürüldükdən sonra cəsədi yandırılaraq kül halına salınıb.

Rüfət Xəlil / Redaktor.az