BMW aşiqlərini şoka salacaq meydança aşkar olunub - FOTO

 21:36 05.10.2019     429

BMW aşiqlərinin bu xəbəri oxumazdan əvvəl əl altında korvalol saxlamaları məsləhətdir. İş orasındadır ki, Vankuver (Kanada) yaxınlığındakı meydançada dörd ildir ki, atılıb qalmış üç minə yaxın BMW və Mini avtomobili aşkar edilib.

Redaktor.az autograph.az-a istinadən bildirir ki, Kanadanın Nəqliyyat xidməti 2966 ədəd yeni avtomobilin Halifaks limanındada fırtınaya düşdüyünü müəyyən edib. Ekspertlər "uzun müddət suyun və duzun təsiri səbəbindən" avtomobillərin elektrk avadanlığında, sükan idarəetməsində və digər hissələrində problemlərin yarandığını və onların istismarının təhlükəli olduğunu bildiriblər. Hökumətin təkidi ilə, BMW şirkətinin yerli nümayəndəsi "batmış" avtomobilləri geri çağıraraq yeniləri ilə əvəz edib. Çox güman ki, utilizasiyadan öncə, bu meydança "batmış" avtomobillərin son sığınacağı olub.

Rəsmi mətbuat açıqlamasında geri çağrılan avtomobillər arasında 2, 3, 4, 5, 6, 7-ci seriyadan olan modellərin, i3, i8, X1,Z4, Mini Cooper, Cooper Convertible, Coupe, Paceman və Roadster modellərinin olduğu göstərilib. Lakin, şəkillərdən göründüyü kimi, dayanacaqda M4 və M6 Gran Coupe kimi "bərkgedən" modellər də vardır. Hətta, burada bir Alpina modelinə də rast gəlmək olar.

Jalopnik nəşrinin sorğusuna cavab olaraq, alman istehsalçısı Britaniya Kolumbiyası vilayətində "atılmış" avtomobillərin olduğunu təsdiqləyib və bütün avtomobillərin yenisi ilə əvəzləndiyini xüsusi ilə vurğulayıb.