Rəqqasə özünə etdiyi makiyajdan VAHİMƏYƏ DÜŞDÜ - FOTO

ABŞ-da qəribə həm də məzəli hadisə baş verib.
"Hellouin" bayramı üçün makiyaj edən qız öz görünüşündən qorxub.
Belə ki, ABŞ-da bu bayramda insanlar müxtəlif qorxunc obrazlara bürünərək bir-birlərini qorxudurlar.
Bundan ilhamlanaraq Cei Firs adlı rəqqasə də üzünə skelet görünüşlü makiyaj etmək qərarına gəlir. Buna 3 saat vaxt sərf edən rəqqasə, alınan nəticədən vahiməyə düşüb "panik atak" keçirir.
Təcili xəstəxanaya yerləşdirilən Cei Firsi həkimlər ciddiyə almaqdan boyun qaçırıblar.
Xəstəxana açıqlamasında "Bura oyun oynanılası yer deyil",- deyə bildirilib.
Rəqqasə isə bu açıqlamaya əsəbləşərək:
"Mən "panik atak"ı əylənmək üçün etməmişəm",- deyə bildirib. (ölkə.az)