Təyyarə dayanmadan 19 saat uçdu - Dünyanın ən uzun məsafəli uçuşu

 12:13 26.10.2019     1160

Avstraliyanın nəqliyyat şirkəti “Qantas”a məxsus təyyarə dünyanın ən uzun məsafəli uçuşunu həyata keçirib.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, "The Boeing 787-9" tipli təyyarə dayanmadan Nyu-Yorkdan Sidneyə uçub. Test məqsədiylə həyata keçirilən uçuş, 19 saat 16 dəqiqəyə başa çatıb.

Uçuş zamanı laynerdə bir neçə sərnişin və çox sayda həkim olub. Onlar uçuşun insanların səhhətinə təsirini araşdırıb. Testlər müsbət nəticə verərsə, 3-4 ildən sonra şirkət davamlı uçuşlar həyata keçirəcək.

Anar Türkeş / Redaktor.az