Uçan taksinin ilk testləri UĞURLU ALINDI
Almaniya şirkəti “Lilium” istehsal etdiyi uçan taksinin ilk test uçuşunun nəticələrini açıqlayıb.
Redaktor.az xəbər verir ki, şaquli istiqamətdə qalxıb enə bilən nəqliyyat vasitəsinin ilk uçuşları uğurlu alınıb. İlk testlər zamanı nəqliyyat vasitəsi saatda 100 kilometr sürətlə uçub.
Taksilərin maksimum sürəti isə saatda 300 kilometr civarında nəzərdə tutulub. Şirkətin məlumatına görə, uçan taksi 5 nəfərlikdir. Nəqliyyat vasitəsinin qanadlarında 36 ədəd kiçik mühərrik var. Şirkət 2025-ci ildən etibarən uçan taksiləri iri şəhərlərdə istifadəyə verməyi planlaşdırır.
Anar Türkeş / Redaktor.az