Dünyanın ən zəngin adamı bir gecədə 7 mlrd. dollara yaxın pul itirib

 15:23 25.10.2019     291

“Amazon” şirkətinin rəhbəri və icraçı direktoru Ceff Bezos şirkətin kotirovkalarının enməsi səbəbindən bir gecədə 6,9 mlrd. ABŞ dolları itirib.

Redaktor.az-ın “Forbes” jurnalına istinadən verdiyi məlumata görə, bunun nəticəsində o, dünyanın ən zəngin adamları siyahısındakı lider mövqeyi itirib və hazırda siyahıya “Microsoft” korporasiyasının yaradıcısı Bill Geytsə başçılıq edir.

Cümə axşamı satış bazarlarının bağlanmasından sonra “Amazon” ilin III rübü üzrə hesabatını açıqlayıb ki, hesabatda xalis mənfəətin 26% azalaraq 2,1 mlrd. dollara düşdüyü əks olunub.

“Forbes”ın məlumatına görə, C. Bezosun bu fonda sərvəti 111 mlrd. dollardan 103,9 mlrd. dollara enib. Hazırda B. Geyts 105,7 mlrd. dollarla dünyanın ən zəngin insanları siyahısında birinci yerdə qərarlaşıb.//Apa.az